Salanın iti indiyə kimi sahibini gözləyir - Şəkil

Salanın iti  indiyə kimi sahibini gözləyir - Şəkil
DÜNYA FUTBOLU 5 Fevral 2019 / 16:10 4298
-  A +

Uelsin "Kardif" klubunun yeni transferi Emiliano Salanın bacısı "İnstagram"da həssas paylaşım edib.

Qol.az-ın məlumatına görə, o, təyyarə qəzası zamanı öldüyü güman edilən argentinalı oyunçunun Nala  adlı itinin şəklini sosial şəbəkədə paylaşıb. Şəkildə itin oyunçu üçün çox darıxdığı və oturub sahibini gözlədiyi görülür.

Şəkillərdə Sala və Nalanın çox yaxşı dost olduğu da məlum olub.

Britaniya mətbuatı yazıb ki, Salanın Fransaya qayıtmağının səbəblərindən biri də məhz həmin it olub. Onun Nalanı əvvəlcə evdən uzaqlaşdırdığı, amma sonra iti özü ilə mütləq İngiltərəyə aparmağı planlaşdırdığı vurğulanıb. Futbolçu və pilotun olduğu təyyarə radardan itəndə Nala sahibini evində Salanı gözləyirmiş.

Qeyd edək ki, Salanın içində olduğu təyyarənin qalıqları Qernsi adası yaxınlığında, La-Manş boğazının dibində aşkarlanıb. Bu barədə Salanın və təyyarənin pilotu Aybbotsonun ailəsinə məlumat verilib. Onların meyitlərinin tapılıb-tapılmadığı barədə xəbər yoxdur.








Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı