"Qarabağ" - "Neftçi" oyununda mövsümün rekordu

"Qarabağ" - "Neftçi" oyununda mövsümün rekordu
PREMYER LİQA 4 Fevral 2019 / 16:33 4640
-  A +

Topaz Premyer Liqasında 2018/19 mövsümünün yeni azarkeş rekordu qeydə alınıb.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu, XV turun “Qarabağ” – “Neftçi” qarşılaşmasına təsadüf edib. 1:1 hesabı ilə başa çatan görüşü 6000 tamaşaçı izləyib.

Bunadək ən çox tamaşaçı “Sabah” – “Qarabağ” matçında (0:2) qeydə alınmışdı. “Əlincə Arena”da keçirilən VI turun qarşılaşmasını 4500 tamaşaçı seyr etmişdi. Mövsümün 3-cü göstəricisi isə IX turda keçirilən “Neftçi” – “Qarabağ” oyununa (3:1) təsadüf edib. “Bakcell Arena”dakı matçda 4000 tamaşaçı qeydə alınıb.

Ümumilikdə isə XV turun 4 oyununu 7180 tamaşaçı izləyib. Bu da mövsümün əvvəlki rekordunun qeydə alındığı VI turdakından 280 nəfər çoxdur.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı