"Qəbələ" uddu, "Qarabağ" - "Neftçi" oyununda heç-heçə

"Qəbələ" uddu, "Qarabağ" - "Neftçi" oyununda  heç-heçə
PREMYER LİQA 3 Fevral 2019 / 20:21 14002
-  A +

Bu gün Topaz Premyer Liqada 15-ci tura yekun vurulub.

Qol.az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan iki görüşdən biri artıq keçirilib. Günün ilk matçında "Qəbələ" "Sumqayıt"ı qəbul edib. Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan bu komandaların oyununda meydan sahibləri xal fərqini artırmaq, qonaqlar isə qələbə qazanaraq rəqibini qabaqlamaq istəyirdi. Görüş əyalət təmsilçisinin minimal hesablı qalibiyyəti ilə baş çatıb.

Tura "Qarabağ" - "Neftçi" derbisi ilə yekun vurulub. Hər iki komanda üçün mühüm əhəmiyyət kəsb edən bu görüş böyük maraqla gözlənilirdi. Qarşılaşmada 1:1 hesablı bərabərlik qeydə alınıb.



3  fevral (bazar)

15-ci tur

18:30. “Qarabağ” – “Neftçi” - 1:1
Qol:
Dani Kintana, 6 (1:0), Mamadu Mbodj, 30 (1:1)
Qırmızı vərəqələr: Anton Krivotsyuk, 70 ("Neftçi"), Qara Qarayev, 90+2 ("Qarabağ")
Hakimlər: Rəvan Həmzəzadə, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Səbuhi Bayramov
Tofiq Bəhramov adına Respublika Stadionu

14:00. “Qəbələ” – “Sumqayıt” - 1:0
Qol:
Stiven Monroz, 84
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu
Qəbələ şəhər stadionu



2 fevral (şənbə)

“Keşlə” – “Səbail” - 0:3
Qollar:
Kevin Kupemba, 14, Elvin Yunuszadə, 53, Ağabala Ramazanov, 59

16:30. “Zirə” – “Sabah” - 0:2
Qollar:
Marko Deviç, 47-pen, Rəşad Eyubov, 68
 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Neftçi

15

10

4

1

27-11

34

2

Qarabağ

15

9

4

2

33-15

31

3

Səbail

15

7

3

5

19-14

24

4

Sabah

15

6

2

7

14-20

20

5

Qəbələ

15

5

5

5

18-18

20

6

Sumqayıt

15

4

3

8

13-21

15

7

Keşlə

15

3

3

9

16-26

12

8

Zirə

15

2

4

9

12-27

10



Bombardirlər

Mahir Mədətov ("Qarabağ") - 7 qol
Baqali Dabo ("Neftçi") - 7 qol
Marko Deviç ("Sabah") -7 qol
Mirabdulla Abbasov ("Neftçi") - 6 qol
Ceyms Adeniyi ("Qəbələ") - 6 qol
İnnosent Emeqara ("Qarabağ") - 5 qol

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı