"Səbail" və "Sabah"dan qələbə

"Səbail" və "Sabah"dan qələbə
PREMYER LİQA 2 Fevral 2019 / 20:52 10552
-  A +

Bu gün Topaz Premyer Liqasında mövsümün ikinci yarısına start verilib.

Qol.az-ın məlumatına görə, 15-ci turun açılış matçında "Zirə” debütant “Sabah”ı qəbul edib və 0:2 hesabı ilə uduzub. Sabah" bu qələbə ilə  4-cü pillədəki mövqeyini qoruyub.

Günün digər oyununda isə "Keşlə" doğma meydanda "Səbail"lə qarşılaşıb və 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

XV tur

2 fevral (şənbə)

19:00. “Keşlə” – “Səbail” - 0:3
Qollar:
Kevin Kupemba, 14, Elvin Yunuszadə, 53, Ağabala Ramazanov, 59
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Rauf Allahverdiyev
“ASK Arena"

16:30. “Zirə” – “Sabah” - 0:2
Qollar:
Marko Deviç, 47-pen, Rəşad Eyubov, 68
Qırmızı vərəqələr: Məqsəd İsayev, 25 ("Sabah", iki sarı vərəqə), Vüqar Mustafayev, 62 ("Zirə")
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu 
 

3  fevral (bazar)

14:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər
: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu
Qəbələ şəhər stadionu

18:30. “Qarabağ” – “Neftçi”
Hakimlər:
Rəvan Həmzəzadə, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Səbuhi Bayramov
Tofiq Bəhramov adına Respublika Stadionu

N

Klublar

O

Q

H

M

T-F

X

1

Neftçi

14

10

3

1

26-10

33

2

Qarabağ

14

9

3

2

32-14

30

3

Səbail

15

7

3

5

19-14

24

4

Sabah

15

6

2

7

14-20

20

5

Qəbələ

14

4

5

5

17-18

17

6

Sumqayıt

14

4

3

7

13-20

15

7

Keşlə

15

3

3

9

16-26

12

8

Zirə

15

2

4

9

12-27

10



Bombardirlər

Mahir Mədətov ("Qarabağ") - 7 qol
Baqali Dabo ("Neftçi") - 7 qol
Marko Deviç ("Sabah") -7 qol
Mirabdulla Abbasov ("Neftçi") - 6 qol
Ceyms Adeniyi ("Qəbələ") - 6 qol
İnnosent Emeqara ("Qarabağ") - 5 qol

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı