"Reklama ehtiyacı olmayan çox güclü "Qarabağ"la qarşılaşdıq" - "Piast"ın baş məşqçisi

"Reklama ehtiyacı olmayan çox güclü "Qarabağ"la qarşılaşdıq" - "Piast"ın baş məşqçisi
ÖLKƏ FUTBOLU 24 Yanvar 2019 / 10:34 2674
-  A +

"Reklama ehtiyacı olmayan çox güclü bir komanda ilə qarşılaşdıq. Buna baxmayaraq, bir çox epizodlarda bərabər oyun nümayiş etdirə bildik. Birinci hissədə bir-iki epizodumuz oldu. İkinci hissə də ilk yarıya oxşar keçdi. Bəlkə imkanlarımız yüzfaizlik deyildi, ancaq rəqib qapısı qarşısında təhlükəli idik. Güc və fiziki baxımdan doğrudan da çox yaxşı idik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Piast"ın baş məşqçisi Valdemar Fornalik yoxlama oyunundan (1:1) sonra Polşa klubunun saytına deyib.

O,  leysana baxmayaraq, meydaçanın vəziyyətinn yaxşı olduğunu bildirib: "Ən önəmlisi, bütün futbolçuların oyunu zədəsiz bitirməsidir. Belə şəraitdə oyunçular zədələrə məruz qalırlar. Hər bir sərt oyun zamanı ürəyim əsirdi. Ancaq biz kobud  oynamayan rəqiblə qarşılaşdıq. Hərdən elə rəqiblər olur ki, hesabdan ötrü oynayırlar".

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki