"Zubir və Miçel sabah komandaya qoşulacaq" - Qurban Qurbanov

"Zubir və Miçel sabah komandaya qoşulacaq" - Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 23 Yanvar 2019 / 20:59 2787
-  A +

"Güclü  yağışın  oyunumuza təsir etdiyini deməzdim, istədiyimiz oyun alındı. Düzdür, top itkiləri bir az çox oldu, sürət bir az  aşağı  idi. Amma digər  tərəfdən mübarizə çox oldu. Çox istərdim ki, daha sürətli və baxımlı oyun olsun.Yenə də gərək bu  hava şəraitinə uyğunlaşaq. İlk 45  dəqiqə  bir meydançada, ikinci  hissəni isə digər meydançada oynadıq".

Bu sözləri Qol.az-a "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Antalyada təlim-məşq toplanışı çərçivəsində "Piast"la heç-heçə etdikləri oyundan (1:1) sonra deyib.

O, yağışlı havanın proqramlarına hardasa təsir etdiyini söyləyib: "Amma belə hava şəraiti tək bizim yox, digər klubların da oyunlarına təsir göstərir. Sadəcə bir az sürət aşağı düşür. O da  normaldır".

Q.Qurbanov komandanın futbolçularının hazırkı durumu haqda da danışıb:  "Futbolçuların durumu pis deyil.Zubir və Miçelin mikro zədəsi  var idi. Onlar sabahdan komandaya qoşulacaqlar. Demək  olar ki, hər şey qaydasındadır.Günü-gündən yaxşılığa doğru gedir".

46 yaşlı mütəxəssis son 3 matçdır əsas heyətdə meydana daxil olan Riçard Almeydanın vəziyyəti barədə də fikirlərini bildirib:  "O da gəldiyindən daha yaxşıya doğruya irəliləyir. Almeyaya əvvəlki formasına qayıtması üçün bir az da vaxt  lazım  ola bilər".

Q.Qurbanov futbolçusu Reynaldonun meydançada  məşq etdiyini də söyləyib: "O, həm qaçışlar, həm də topla kiçik texniki məşqlərə başlayıb. Reynaldoya da bir az vaxt lazımdır".

Ağdam klubunun çalışdırıcısı transferlərlə bağlı danışıqların davam etdiyini vurğulayıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord