"İquainlə bir neçə saatdan sonra müqavilə imzalanacaq" - Sarri

"İquainlə bir neçə saatdan sonra müqavilə imzalanacaq" -  Sarri
DÜNYA FUTBOLU 23 Yanvar 2019 / 17:44 2175
-  A +

“Çelsi”nin baş məşqçisi Mauritsio Sarri Qonzalo İquainin mümkün transferi haqda danışıb.

Qol.az xəbər verir ki, italiyalı mütəxəssis İngiltərə Premyer Liqasının 24-cü turunda “Tottenhem”lə keçirilək oyun üçün təşkil edilən mətbuat konfransında argentinalı hücumçu ilə bu gün müqavilə izmalanacağını bildirib:

“İquain bir neçə saatdan sonra rəsmi müqaviləyə imza atacaq. İnanıram ki, qısa müddətdə qollarını sıralayacaq. Ancaq onun “Tottenhem”ə qarşı oynaması mümkün deyil”.

Qeyd edək ki, “Çelsi”nin İquaini mövsümün sonuna qədər icarəyə götürəcəyi gözlənilir. Müqavilə ilə “Yuventus”a məxsus olan forvard mövsümün əvvəlindən “Milan”da icarə əsasında oynayırdı.

Son xəbərlər