"Qarabağ" - "Şaxtyor" oyununun başlama saatı açıqlandı

"Qarabağ" - "Şaxtyor" oyununun başlama saatı açıqlandı
ÖLKƏ FUTBOLU 22 Yanvar 2019 / 17:05 3572
-  A +

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ın "Şaxtyor"la yoxlama oyununun başlama saatı məlum olub.

Qol.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, yanvarın 26-da keçiriələcək qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Görüşün yeri barədə isə hələlik məlumat yoxdur.

Qeyd edək ki, "Şaxtyor"la oyun "Qarabağ"ın Antalyada sonuncu yoxlama matçı olacaq. Ağdam klubu yanvarın 23-də isə Polşa "Piast"ı ilə üz-üzə gələcək. Qurban Qurbanovun komandası buna qədər keçirdiyi sınaq matçlarında Macarıstanın "Uypeşt" klubuna 0:1 hesabı ilə uduzub, Çexiya təmsilçisi "Bohemians"a isə qalib gəlib - 3:1. Rumıniya "Botoşani"si ilə matç isə güclü yağışa görə təxirə salınıb.

Daha çox


Son xəbərlər