Demba Ba yenidən Türkiyə klubunda - rəsmi

Demba Ba yenidən Türkiyə klubunda -  rəsmi
DÜNYA FUTBOLU 22 Yanvar 2019 / 17:25 4861
-  A +

Türkiyənin  "Başakşəhər" klubu daha bir məşhur futbolçunu heyətinə cəlb edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Superliqanın lideri "Şanxay Şenhua"dan (Çin) Demba Banın transferini bitirib. İstanbul klubu seneqallı forvardla müqavilə şərtlərini açıqlamayıb.

33 yaşlı futbolçu "Hoffenhaym", "Vest Hem", "Nyukasl", "Çelsi", "Beşiktaş" və "Göztəpə" kimi klublarda çıxış edib.

Qeyd edək ki, "Başakşəhər" daha öncə Braziliya millisinin sabiq üzvü Robinyonu transfer edib.

Son xəbərlər