Şeydayev "Jilina"ya qarşı 45 dəqiqə oynadı

Şeydayev "Jilina"ya qarşı 45 dəqiqə oynadı
DÜNYA FUTBOLU 22 Yanvar 2019 / 16:20 2201
-  A +

Millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın "Krılya Sovetov" klubu Dubat toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Qol.az xəbər verir ki, Samara tımsilçisi Şeydayevin sabiq komandası - "Jilina" ilə qarşılaşıb. Slovakiya klubu ilə matç "Krılya Sovetov"un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qola 54-cü dəqiqədə Pavel Yakovlev imza atıb.

Millimizin hücumçusu start heyətdə meydana çıxıb və 45 dəqiqə mübarizə aparıb. İkinci hissədə komandanın bütün heyəti dəyişib.


Son xəbərlər