"Qəbələ" davam edir

"Qəbələ" davam edir
XƏBƏR 21 Yanvar 2019 / 19:35 991
-  A +

“Qəbələ” mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirir.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 9-cu gününü başa vurub.

Komanda günü bir məşqlə yekunlaşdırıb. Hazırlıq prosesi günün ilk yarısına təsadüf edib. Yanvarın 20-də Rusiyanın “Yenisey” klubu ilə yoxlama oyunu (2:2) keçirən “qırmızı-qaralar” bu gün bərpaedici məşqlə kifayətləniblər.

 


Son xəbərlər