“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Pedro Enrike dünyaca məşhur ESPN nəşrinə müsahibə verib.
Qol.az-ın məlumatına görə, braziliyalı oyunçu futbola başlamasından, Avropadakı karyerasından danışıb. 28 yaşlı futbolçu “Qarabağ”da çıxış edərkən Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Çelsi”yə səfərdə 0:6 hesabı ilə uduzduqları oyunu da xatırlayıb:
“Böyük komandalara qarşı oynayanda, bu, "playstation" kimi görünür. “Çelsi” ilə matç da belə idi. Əvvəlcə “Stemford Bric”də diqqət çəkməyə çalışdım, amma sonradan alınmadı. Stadion möhtəşəm idi. Orada oynamaq isə inanılmaz bir şeydir”.
Hazırda icarə əsasında “Astana” klubunun formasını geyinən Pedro Qazaxıstandakı soyuq havadan şikayətlənib: “Orada rus əsilli futbolçular çoxdur. Qazaxıstan keçmiş Sovet ölkəsidir. Amma ən pisi havanın soyuq olmasıdır. Bəzi günlərdə havanın temperaturu -40, -50 dərəcə olur. Çox vaxt hər yer qarla örtülü olurdu”.
Qeyd edək ki, müqavilə ilə Yunanıstanın PAOK klubuna məxsus olan Pedro 2017/2018 mövsümünü icarə əsasında “Qarabağ”da keçirib.
26 oyunda 31 qol - Video
Qrizmann qayıtdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq
Keyn sağaldı
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
"Barselona"nın apellyasiya şikayəti rədd edildi
Mahir Emreli irqçiliyə qarşı kampaniyaya dəstək verdi
1-ci liqada daha 3 turun oyunlarının saatı müəyyənləşdi
Messi: “Dünya çempionu olmasaydım, millini tərk edəcəkdim”
“Azərlotereya”nın yeni 4 oyunu Misli.az-da
Azərbaycan millisi İrəvana getməkdən imtina etdi
Bölgə komandası çempionatdan kənarlaşdırıldı
AFFA məşqçini futboldan uzaqlaşdırıb
"Şəmkir"in futbolçusundan gözəl qol - Video
ABŞ klubu Jiru ilə razılıq əldə etdi
1-ci liqada 20-ci turun oyunlarının saatı bilindi
PFL 35 oyunun vaxtını açıqladı
4-cü Avropa Oyunları bu şəhərdə keçiriləcək
Pele və Ronaldonu geridə qoydu