"Barselona" Boatenqi alır

"Barselona" Boatenqi alır
DÜNYA FUTBOLU 21 Yanvar 2019 / 17:25 3524
-  A +

“Barselona” heyətinə yeni oyunçu cəlb edir.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubu “Sassuolo”nun yarımmüdafiəçisi Kevin-Prins Boatenqi icarəyə götürür. Tərəflərin razılığa gəldiyi bildirilir. “Barselona” İtaliya klubuna 2 milyon avro icarə haqqı ödəyəcək.

Qeyd edək ki, 31 yaşlı qanalı futbolçu “Milan”, “Şalke”, “Herta” “Tottenhem”, “Borussiya” (Dortmund) kimi klublarda da çıxış edib. O, bu mövsüm A Seriyasında 13 oyuna 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord