Rus futbolçu "Qəbələ"yə vurduğu qoldan danışdı

Rus futbolçu "Qəbələ"yə vurduğu qoldan danışdı
XƏBƏR 21 Yanvar 2019 / 15:15 1931
-  A +

"Yenisey"in yarımmüdafiəçisi Mixail Komkov Antalyada "Qəbələ" ilə keçirdikləri yoxlama oyunu (2:2) haqda fikirlərini açıqlayıb.

Qol.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan futbolçu əvvəlcə "qırmızı-qaralar"a vurduğu qoldan söz açıb: "Yadımdadır, Aleksandr Zotov Kutinlə paslaşıb, "Qəbələ"nin oyunçusunu keçdikdən sonra topu mənə ötürdü. Qapıçının çıxdığını görüb, topu qapının boş küncünə vurdum".

Oyunla bağlı da təəssüratlarını bölüşən Komkov son paslarda və zərbələrdə dəqiqliyin çatışmadığını bildirib: "İkinci hissədə açıq futbol oynamağa çalışdıq. Hər iki komanda pasla oynamağa cəhd edirdi.
Mövqelər baxımından bizdə hər şey alınırdı. Sadəcə, fərdi səhvlərə yol verib, əks-hücumlarda yaxanırdıq. İlk oyun olduğunu nəzərə alsaq, normaldır. Qapımızı toxunulmaz saxlaya bilmədik. Müdafiədə inamsız oynadıq. Amma daha çox qol vura bilərdik, çünki rəqib qapısı qarşısında epizodlarımız oldu. Hardasa son paslar, dəqiq zərbələr çatışmadı".


Son xəbərlər