"Sabah"ın son rəqibi müəyyənləşdi

"Sabah"ın son rəqibi müəyyənləşdi
ÖLKƏ FUTBOLU 21 Yanvar 2019 / 13:04 852
-  A +

Antalyada təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq çərçivəsində son rəqibi müəyyənləşib.

Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydıı xəbərə görə, Bakı təmsilçisi son oyununu İsveçrənin “Syon” klubunun U-21 komandasına qarşı keçirəcək. Görüş sabah Bakı vaxtı saat 16:00-da başlayacaq.

Xatırladaq ki, “Sabah” Antalya toplanışı çərçivəsində daha öncə keçirdiyi oyunlarda Türkiyənin “Eskişehirspor” klubunu məğlub edib (1:0), Qazaxıstan “Tobol”uyla heç-heçə edib (2:2), Macarıstan təmsilçisi “MTK Budapeşt”dən isə üstün olub (3:1).

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı