"Trabzonspor" evdə liderə uduzdu

"Trabzonspor" evdə liderə uduzdu
DÜNYA FUTBOLU 21 Yanvar 2019 / 00:48 2962
-  A +

Türkiyə Superliqasının 18-ci turunda daha 2 oyun keçirilib.

Qol.az-ın məlumatına görə, günün ilk qarşılaşmasında "Alanyaspor" "Sivasspor"u 2:0 hesabı ilə məğlub edib.

Turun mərkəzi görüşü isə "Trabzonspor"la lider "Başakşəhər" arasında olub. Qapılara ümumilikdə 6 qolun vurulduğu matçda İstanbul təmsilçisi inamlı qələbə qazanıb.

Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 38 xalla "Başakşəhər" başçılıq edir. 32 xala malik "Qalatasaray" 2-ci, "Malatyaspor" 3-cüdür. Bir oyun az keçirən "Kasımpaşa" 29 xalla 4-cü pillədə qərarlaşıb. Onlarla eyni xal toplayan "Trabzonspor" isə 5-ci sırada yer alıb.


Türkiyə Superliqası, 18-ci tur

20 yanvar

"Alanyaspor" - "Sivasspor" - 2:0
Qollar:
C. Kampos, 37-pen (1:0), J. Fernandes, 45 (2:0)

"Trabzonspor" - "Başakşəhər" - 2:4
Qollar:
İ. Kahveçi, 32 (0:1), Q. Klişi, 42 (0:2), Ç. Ekuban, 48-avtoqol (0:3), Ç. Ekuban, 49 (1:3), Y. Yazıçı, 80 (2:3), E. Visca, 86 (2:4)


21 yanvar

"Bursaspor" - "Fənərbaxça"

"Kasımpaşa" - "Rizəspor"


19 yanvar

"Ərzurumspor" - "Konyaspor" 1:2

"Malatyaspor" - "Göztəpə" - 3:2

"Antalyaspor" - "Kayserispor" - 0:0

"Qalatasaray" - "Ankaragücü" - 6:0


18 yanvar

"Akhisar" - "Beşiktaş" - 1:3

Son xəbərlər