"Roma"da ciddi itki - Cengiz uzun müddət oynamayacaq

"Roma"da ciddi itki -  Cengiz uzun müddət oynamayacaq
DÜNYA FUTBOLU 20 Yanvar 2019 / 17:24 2853
-  A +

"Roma" ciddi itki ilə üzləşib.

Qol.az-ın “Tuttosport”a istinadən yaydığı xəbərə görə, komandanın yarımmüdafiəçisi Cengiz Ünder İtaliya A Seriyasının 20-ci turunda "Torino" ilə matçda sıradan çıxıb.

Görüşün 6-cı dəqiqəsində zədələnərək, meydanı tərk edən türkiyəli futbolçu uzun müddət  oynaya bilməyəcək. Bunu komandanın baş məşqçisi Eysebio Di Françesko İtsaliya mətbuatına açılqamasında deyib: "Dəqiq budur ki, Cengiz uzun müddət bizimlə olmayacaq. Əzələsində ciddi ağrılar var”. 

Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm “Roma”nın heyətində 25 oyuna 6 qol vurub, 9 məhsuldar ötürmə edib.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı