"Hələ 43-cü dəqiqədir, it oğlu" - Anri futbolçunu söydü

"Hələ 43-cü dəqiqədir, it oğlu" - Anri futbolçunu söydü
XƏBƏR 20 Yanvar 2019 / 11:55 6432
-  A +

"Monako"nun baş məşqçisi Tyerri Anri Fransa çempionatının 21-ci turunun "Strasburq"la oyununda rəqib komandanın müdafiəçisi Kenni Lalanı təhqir edib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna futbolçunun vaxt aparmaq istəməsi səbəb olub. Laladan topu komandasına tez verməsini tələb edən fransalı mütəxəssis "Hələ 43-cü dəqiqədir, it oğlu" deyə onu söyüb.

Qeyd edək ki, sözügedən oyunda "Monako" evdə "Strasburq"a 1:5 hesabı ilə uduzub.


Son xəbərlər