"Qəbələ"nin “Yenisey”lə oyununun saatı müəyyənləşdi

XƏBƏR 19 Yanvar 2019 / 23:00 912
-  A +

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” Rusiyanın “Yenisey” klubu ilə yoxlama oyununun başlama saatı müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  matç sabah Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Rusiya Premyer Liqasında çıxış edən “Yenisey”in əsası 1937-ci ildə qoyulub. Krasnoyarsk şəhərini təmsil edən klub ötən mövsüm aşağı liqada 3-cü yeri tutaraq Premyer Liqaya vəsiqə qazanıb. Cari mövsümün 17 oyununda 10 xal toplayan “Yenisey” qış fasiləsinə 16-cı pillədə yollanıb.

Xatırladaq ki, bu matç “Qəbələ”nin Antalyada ikinci sınağı olacaq. Komanda ilk oyununda Almaniyanın “Meppen” klubu ilə görüşüb. Qarşılaşma “qırmızı-qaralar”ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.


Son xəbərlər