"Qarabağ" Anyalya toplanışı çərçivəsində Çexiyanın "Bohemians" klubu ilə yoxlama oyununda 3:1 hesabı ilə qalib gəlib. Qol.az-ın Antalyaya ezam olunmuş müxbirinin məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov görüş haqda fikirlərini bildirib.
- Əzmkar qələbəni şərh etməyinizi istərdik. Xüsusilə 0:1-dən sonrakı hissəni..
- Ümumən çox yaxşı, sakit oyun alındı. Hər 2 komanda çox nizam-intizamlı oynadı. Əlbəttə, hesab belə oyunlarda bizim üçün önəmlidir. Ancaq ondan da önəmli olan detallar var idi ki, onları meydanda görmək istəyirdim. Bunu həqiqətən gördüm. Hərçənd, hesabda 0:1 uduzurduq, ancaq futbolçular yenə oyun nizam-intizamını qoruyub saxladılar. Qələbəni oyunla əldə etmək istədilər və sonda şükürlər olsun, hər şey istədiyimiz kimi alındı. Düşünürəm ki, bugünkü qarşılaşma ilk oyundan daha dinamik alındı. Bunu gözlədiyimi birinci matçdan sonra söyləmişdim. Bu görüşdə səhvlərimiz az oldu. Oyunun gedişatından razı qaldım.
- Hər 3 qolu başla vurmağınız diqqət çəkir...
- Normaldır, futbolda belə hallar olur. Qollarımızın ikisi standart vəziyyətdən vuruldu. Ümumiyyətlə, qapımız qarşısında da standart vəziyyətlərdən sonra təhlükələr oldu ki, bu da daha diqqətli olmağımızı sövq edir. Futbolçularımız bunu ikinci hissədə edə bildilər, rəqib futbolçulara daha yaxın oynadılar. Açığı, belə hallar, qolları başla vurmağımız məni sevindirdi. Çünki futbolda görürsən ki, gözəl qolların çoxu başla olur.
- "Qarabağ" Britaniya üslubuna keçir?
- Sizə elə gördünüz?
- Üç qolun hamısı başla...
- Yox, oyunun gedişatına baxaq. Qollar belə olsa da, futbolçular oyunda daha məsuliyyətli görünür.
- O da maraqlıdır ki, qallarınızın hamısını legionerlər vurdu, yerli futbolçuların yenə ayağı açılmayıb. Mahir Mədətovun bu dəfə də yüzfaizli qol imkanı olsa da, hesab 0:1 olarkən boş qapını dəqiq nişan ala bilmədi. Yerli futbolçularda problem nədir?
- Məncə, bu gün belə problem axtarmaq lazım deyil. Yerli futbolçulardan hücum xətttində təkcə Mahir idi. Qalanları demək olar daha çox müdafiə sahəsində idi. Düşünürəm ki, onların hər biri üzərində düşən vəzifəni düzgün yerinə yetirə bildi. Mahir bu matçda qol vurmadı, inşallah, gələn qarşılaşmada fərqlənər. Problem deyəndə ki, hücum xəttində yerli futbolçuların azlığı vardı.
"Sabah"ın U-13 komandası İtaliyaya yollanır
Saatlıda 4 qol vuruldu - Video
"Qarabağ"a qarşı bu dəfə fərqli çıxış etmək istəyirik"
Tonali mərc oyunlarında 50 qayda pozuntusunda ittiham olunur
Liderdən "İrəvan"a 3 cavabsız qol - Video
"Karvan" xal itirdi, "Araz Saatlı"dan darmadağın
Misli Premyer Liqasında 4 oyunun hakimləri bilindi
Dani Alveş ziyafət təşkil etdi
"Bavariya"ya rədd cavabı verdi
"Napoli" Xviça ilə yeni müqavilə imzalayır
"Neftçi"nin sabiq futbolçusu "Molde"də
"Bayer" hazırda dünyanın ən güclü komandasıdır”
"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
"Borussiya" Terziçin qarşısına şərtlər qoydu
26 oyunda 31 qol - Video
"Qarabağ" sabah 11-ci çempionluğu rəsmiləşdirə bilər
"Neftçi"nin legionerinin zədəsi sağaldı
Gürcülər çox döşünə döyməsin, biz də monqollara qalib gəldik
Benzia “Puşkaş” mükafatına layiq görülə bilər - Video
Qrizmann qayıtdı
"Real" üç futbolçusu ilə razılaşdı
Xavi jurnalisti məhkəməyə verdi
PSJ-nin iki futbolçusu zədəsini sağaltdı
Ronaldo hakimə etiraz etdi - Şəkil
İngiltərə millisinin üzvü Avro-2024-ü buraxacaq
"Zirə"nin hücumçusu Niger millisində oyuna çıxdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq