"Neftçi"nin "İstiqlal"la oyunu ləğv olundu

"Neftçi"nin "İstiqlal"la oyunu ləğv olundu
XƏBƏR 19 Yanvar 2019 / 13:46 1887
-  A +

"Neftçi"nin Antalya toplanışı çərçivəsində yanvarın 20-də "İstiqlal” (İran) klubu ilə keçirilməli olan yoxlama oyunu ləğv olunub.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, buna səbəb baş məşqçi Roberto Bordinin qərarıdır. İtaliyalı mütəxəssis fiziki yüklü məşqlərdən sonra futbolçuların ard-arda iki yoxlama oyununda meydana çıxacaqları halda onların zədələnmə ehtimalının artmasını əsas gətirərək belə qərar qəbul edib.

Xatırladaq ki, dünən "Qaz Metan”la (Rumıniya) sınaq matçında qələbə qazanan (3:0) "Neftçi” yanvarın 23-də "Slovan” (Liberes, Çexiya), 26-da isə "Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı