"Sumqayıt"ın oyunu ləğv olundu - Yenilənib

"Sumqayıt"ın oyunu ləğv olundu - Yenilənib
ÖLKƏ FUTBOLU 19 Yanvar 2019 / 16:30 1625
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt”ın bu gün Bosniya v Herseqovina "Çelik"i nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, buna rəqib komandanın son anda meydana çıxmaqdan imtina etməsi səbəb olub.

Qeyd edək ki,  "Sumqayıt" ilk sınaq matçında  Qazaxıstan təmsilçisi “Jetısu” ilə heç-heçə edib – 1:1. "Kimyaçılar" yanvarın 22-də Makedoniyanın "Vardar", 26-da isə Serbiyanın "Zemun" klubları ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord