"Əsas işimiz çempionata yaxşı hazırlaşmaqdır"

"Əsas işimiz çempionata yaxşı hazırlaşmaqdır"
ÖLKƏ FUTBOLU 19 Yanvar 2019 / 00:25 1010
-  A +

“Mövsümün ikinci yarısına hazırlıqlara Bakı şəhərində başladıq və intensiv məşq etdik. Antalyadakı məşqlər də eyni tempdə keçir. Ümumilikdə təlim-məşq toplanış prosesi yaxşı keçir və məşq hazırlığını yüksək səviyyədə həyata keçirməyə çalışırıq”.

Qol.az xəbər verir ki, bu sözləri “Keşlə”nin müdafiəçisi Slavik Alxasov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Antalya toplanışı çərçivəsində Özbəkistanın U-23 yığması ilə keçirilən yoldaşlıq matçı (0:0) haqda danışan futbolçu ağır görüş olduğunu bildirib: “Toplanış çərçivəsində ilk matça da çıxdıq. Ağır məşqlərdən sonra Özbəkistanın U23 milli komandasına qarşı oynamaq heç də asan olmadı. Özbəklərin çox yaxşı komandaları var. Ümumiyyətlə, ilk oyun həmişə ağır olur. Əsas işimiz çempionata yaxşı hazırlaşmaqdır”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı