"Bəlkə də bizi qarşıda çətin yol gözləyir" - Məhəmməd Mirzəbəyov

"Bəlkə də bizi qarşıda çətin yol gözləyir" - Məhəmməd Mirzəbəyov
ÖLKƏ FUTBOLU 18 Yanvar 2019 / 22:20 1383
-  A +

"Neftçi”nin üzvü Məhəmməd Mirzəbəyov "Qaz Metan”la yoxlama oyunu (3:0) haqda fikirlərini bildirib.

Qol.az-ın məlumatına görə, müdafiəçi klubun rəsmi saytına açıqlamasında gənc futbolçularla da bağlı danışıb:

"Yorğunluğun fonunda oynamaq çətindir. Bununla belə, komandamızın üzvləri xarakter göstərdilər. Məşqçinin tapşırıqlarını yerinə yetirib qələbə qazandıq. Gənc futbolçulara gəlincə, onlar özlərini yaxşı tərəfdən göstərdilər. Əli Şirinov isə iki qol vurdu. Gənc futbolçu üçün bu asan deyil. Ona uğurlar və öz üzərində daha çox işləməyi arzulayıram. Bəlkə də bizi qarşıda çətin yol gözləyir. Çalışıb, bu yolu birlikdə keçməliyik”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın