"Görüləsi çox işimiz var" - Samir Abasov

"Görüləsi çox işimiz var" - Samir Abasov
ÖLKƏ FUTBOLU 18 Yanvar 2019 / 21:38 1392
-  A +

“İlk oyunumuz idi. Məlum səbəblərə görə bir az planımızda dəyişiklik oldu. Yağışlı havaya görə ilk oyunumuz baş tutmadı. Deməzdim ki, bütün işimizə əngəl törətdi. Amma çox oyun keçirmək bir çox suallara aydınlıq gətirir. Hazırlığımız yaxşıdır".

Qol.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov  Antalyadakı qış təlim-məşq toplanışı çərçivəsində  Rumıniyanın “Voluntari” klubuna 1:0 hesabı  ilə qalib gəldikləri oyundan sonra klubun saytına deyib.

O, bu gün komandasının meydana yorğun halda çıxdığını bildirib: "Bu da bizim planımız idi. Bilmək istəyirdik ki, futbolçular meydanda yorğun halda nə fikirləşir. Bu, maksimumuz deyil. Birinci hissədə səhvlərimiz oldu. Görüləsi çox işimiz var. Amma bəzi müsbət nüanslar var idi. Çatışmazlıqlar zamanla düzələcək”.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı