"Hələ çox cavanam" - Mourinyo

"Hələ çox cavanam" -  Mourinyo
DÜNYA FUTBOLU 17 Yanvar 2019 / 21:30 3119
-  A +

“Məşqçilik karyeramı davam etdirmək istəyirəm. Hələ çox cavanam”.

Qol.az xəbər verir ki, bu sözləri “Sky Sports”a açıqlamasında “Mançester Yunayted”in sabiq baş məşqçisi Joze Mourinyo deyib.

Portuqaliyalı mütəxəssis yeni iş yeri seçimində tələsmədiyini bildirib: “Uzun müddətdir futboldayam. Bir neçə həftədən sonra 56 yaşım olacaq. Ancaq mən hələ özümü çox gənc hiss edirəm. Futbolun yüksək səviyyədə olduğu yerdə işləyəcəm”.

Xatırladaq ki, “Portu”, “Çelsi”, "İnter" “Real” və “Mançester Yunayted” kimi klubları çalışdırmış Mourinyo bir aydır işsizdir.
 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı