Qazaxıstan millisində yeni baş məşqçi

Qazaxıstan millisində yeni baş məşqçi
DÜNYA FUTBOLU 17 Yanvar 2019 / 18:40 2800
-  A +

Qazaxıstan millisinin yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın "sports.kz"yə istinadən yaydığı xəbərə görə, komandanı  Mixal Bilek çalışdıracaq. Onun müqavilə müddəti və digər detallar barədə məlumat verilməyib.

Çexiyalı mütəxəssis bu vəzifədə Stanimir Stoylovu əvəzləyib.

Qeyd edək ki, Mixel Bilek 2009 - 2013-cü illərdə Çexiya millisinə rəhbərlik edib. Komanda Bilekin rəhbərliyi altında 2012-ci ildə Avropa çempionatının 1/4 finalına qədər yüksəlib. Bilek son olaraq ölkəsinin "Zlin" klubunda işləyib.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı