"Sabah" daha hazırlıqlı görünürdü" - Qazzaev

"Sabah" daha hazırlıqlı görünürdü" - Qazzaev
XƏBƏR 17 Yanvar 2019 / 12:03 2377
-  A +

"Hazırlıq səviyyəmizi bilmək üçün növbəti yoxlama oyununda düşərgəmizdəki bütün futbolçulara oynamaq imkanı yaratdıq. Ümumilikdə, birinci hissənin ilk 20-25 dəqiqəsindəki oyunumuzdan razı qaldım. Futbolçular onlardan tələb olunan tapşırıqları dəqiq yerinə yetirdilər".

Qol.az-ın məlumatına görə, bu sözləri Qazaxıstan "Tobol"unun baş məşqçisi Vladimir Qazzaev klubun rəsmi saytına açıqlamasında deyib. Dünən Antalyada "Sabah"la keçirdikləri yoxlama oyununu (2:2) dəyərləndirən mütəxəssis nəticədən razı qalıb:

"Amma onu da demək lazımdır ki, biz yüklənmədən sonra oyuna çıxmışdıq. Komanda sadəcə, bu mənada bir az çətinlik çəkdi. Rəqib isə əksinə, meydanda daha hazır görünürdü. Uşaqlar 0:2 hesabı ilə uduzduqları halda sonradan 2 qol vurmaqla xarakter göstərdilər. Gənclər özlərini kifayət qədər yaxşı tərəfdən göstərdilər. İndi hər bir oyun informativ xarakter daşıyır. Düzdür, səhvlərimiz də oldu. Bunların üzərində işləyib, oyun keyfiyyətlərimiziartıracağıq. Hazırlıq plan üzrə gedir".

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı