İquain "Çelsi"yə doğru - razılıq əldə olundu

İquain "Çelsi"yə doğru - razılıq əldə olundu
DÜNYA FUTBOLU 17 Yanvar 2019 / 11:40 2249
-  A +

Hazırda  icarə əsasında "Milan"da çıxış edən, müqavilə ilə  "Yuventus"a məxsus olan Qonzalo İquain "Çelsi"yə keçməyə yaxındır.

Qol.az-ın "Sky Sport İtalia"ya istinadən yaydığı xəbərə görə, klublar arasında razılıq  əldə olunub.Razılığa əsasən, argentinlı hücumçu cari mövsümün sonuna kimi icarə əsasında London təmsilçisində oynayacaq.

Qeyd edək ki, Q.İquain cari mövsüm A seriyasında 15 matçda 6 qol vurub, 1 qolun ötürməsini verib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın