"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Antalyada təlim-məşq toplanışı çərçivəsində Macarıstanın "Uypeşt" klubuna 0:1 hesabı ilə uduzduqları ilk yoxlama oyunundan sonra fikirlərini bildirib. Qol.az-ın məlumatına görə, o, küləyin hər iki komandaya çox mane olduğunu söyləyib.
- Oyun necə keçdi?
- Gördüyünüz kimi, külək hər iki komandaya çox mane oldu. Ancaq deyərdim ki, çox şeydən razı qaldım. Hansılar ki, məşqlərdə bunun üzərində işləyirdim, futbolçulardan tələb edirdim. Razı qaldığım epizodlar çox oldu. Ancaq texniki səhvlər, bəzi çatışmazlıqlar var. Bu da başadüşüləndir, ilk oyunumuz idi. İnanıram ki, qarşıdakı oyunda daha aktiv, daha mobil, daha çox düşünən bir komanda olacaq.
- Buraxdığınız qol kuryoz oldu...
- Bəli, elə oldu. Standart vəziyyətlərdə belə qollar həmişə olur. Bəzən düşünmədiyin halda qapında top görürsən. Diqqətsizlik deməzdim. Hava şəraiti hər şeyi idarə etməyə mane olurdu. Ancaq hər bir halda, qol buraxmışıqsa, deməli, hardasa diqqətsizlik olub.
- Əməliyyatdan qayıdan hücumçunuz İnnosent Emeqaranın yoxluğu hələ çoxmu davam edəcək?
- Xeyr. O, komandayla demək olar 2 gündür məşq edirdi. Bir az ehtiyat edirdik. Sabahdan tam olaraq komandayla hazırlığa qoşulacaq. Həkimlərlə məsləhət edəndən sonra yəqin ki, qarşıdakı oyunda 20-30 dəqiqə meydanda olacaq.
- Reynaldonun vəziyyəti necədir? Eşitdiyimizə görə, dizində şiş var...
- Bəli, Antalyada 3-cü məşqdə zədələndi. Sərt mübarizə epizoduna girdilər və onda ciddi zərbə aldı. Hiss olunur ki, dizində şiş var. Ancaq Reynaldo bu gün məşqə başladı. Yəqin ki, sabahdan meydana çıxacaq.
- O da növbəti oyunda meydana çıxacaq?
- Xeyr. Ola bilər ki, iki oyun komandayla olmasın.
- Bu gün Hannes Halldorssona şans tanımadınız. İslandiyalı qapıçınız növbəti oyunlarda olacaq, yoxsa yalnız məşqlərdə çalışacaq?
- İndidən heç nə demək olmaz. Qarşıdakı oyunlara baxacağıq.
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək
Avro-2024-ün oyunlarını onlar idarə edəcəklər - Siyahı
Aydın finala çıxdı
Şeydayevin qol imkanları... - Video
"Milan" Piolini istefaya göndərir
Mourinyo: "Məni hələ uzun məşqçilik karyeram gözləyir"