"Sumqayıt" hücumçu aldı

"Sumqayıt" hücumçu aldı
ÖLKƏ FUTBOLU 16 Yanvar 2019 / 12:10 3323
-  A +

“Sumqayıt” heyətinə daha bir futbolçu cəlb edib.

Qol.az xəbər verir ki, “kimyaçılar” İranın “Maşinsazi” klubundan Peyman Babayini icarəyə götürüb.

İran mətbuatı 25 yaşlı forvardın iki il “Sumqayıt”da çıxış edəcəyini yazıb. Türkiyənin İstanbul şəhərində keçirilən imza mərasimində “Sumqayıt”ın prezidenti Riad Rəfiyev, “Maşinsazi”nin icraçı direktoru Huşəng Nəsirzadə və futbolçu özü iştirak edib.

Qeyd edək ki, “Traktorsazi”nin yetirməsi olan Babayi bu mövsüm “Maşınsazi”nin heyətində 14 oyuna 3 qol vurub.

Xatırladaq ki, "Sumqayıt" qış fasiləsində Rəşad Əzizli, Adil Nağıyev və Aydın Bayramovu da transfer edib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın