Qriqorçuk "Astana"nı məşqə çıxardı - Şəkil

Qriqorçuk "Astana"nı məşqə çıxardı - Şəkil
XƏBƏR 16 Yanvar 2019 / 01:36 2369
-  A +

Təlim-məşq toplanışı üçün Birləşmik Ərəb Əmirliklərində olan "Astana" dünən sözügedən ölkədə hazırlıqlara start verib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Qazaxıstan təmsilçisi baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında ilk günü 2 məşqlə tamamlayıb. Ukraynalı mütəxəssis təxminən 5 aylıq fasilədən sonra yenidən paytaxt klubunun sükanı arxasına keçib.

Qeyd edək ki, ötən ilin yayında "Astana"ya baş məşqçi təyin olunan Qriqorçuk avqust ayında klubun düşərgəsini tərk etmişdi. "Astana"nın yaydığı açıqlamada mütəxəssisin ailə məsələrinə görə komandadan ayrıldığı bildirilmişdi.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı