"Sumqayıt"dan heç-heçə

"Sumqayıt"dan heç-heçə
XƏBƏR 16 Yanvar 2019 / 14:56 2659
-  A +

Antalyada təlim-məşq toplanışında olan "Sumqayıt" qardaş ölkədə bu gün ilk yoxlama matçını keçirib.

Qol.az-ın məlumatına görə, Ayxan Abbasovun komandası dünən keçirilməli olan, ancaq güclü yağışa görə təxirə salınmış oyunda Qazaxıstanın "Jetısu" klubu ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, "Sumqayıt" Antalyada bundan başqa, daha 3 yoxlama oyunu keçirəcək. Komanda kollektiv yanvarın 19-da Bosniya və Herseqovinanın "Çelik", 22-də Makedoniyanın "Vardar", 26-da isə Serbiyanın "Zemun" klubu ilə üz-üzə gələcək.


Yoxlama oyunu

16 yanvar

13:00. "Sumqayıt" (Azərbaycan) - "Jetısu" (Qazaxıstan) - 1:1
Qol:
Ülvi İsgəndərov

Daha çox


Son xəbərlər