Antalyada təlim-məşq toplanışını davam etdirən "Sabah" bu gün növbəti yoxlama oyununa çıxıb.
Qol.az-ın məlumatına görə, Premyer Liqanın debütantı Türkiyədəki 2-ci sınağında Qazaxıstanın "Tobol" klubuyla qüvvəsini sınayıb. "Titanik" otelinin stadionunda keçirilən matçda "Sabah" 2:0 hesabda öndə olsa da, üstünlüyünü sona kimi qoruya bilməyib. Matç 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Sabah" Antalyadakı ilk yoxlama oyununda Türkiyənin birinci liqa təmsilçisi "Əskişəhərspor"u 1:0 hesabıyla məğlub edib.
Əlavə edək ki, paytaxt təmsilçisi "Tobol"la matçdan sonra Antalyada daha 2 yoxlama oyunu keçirəcək. Elşad Əhmədovun komandası yanvarın 19-da Macarıstanın MTK klubu ilə qarşılaşacaq. Yanvarın 22-nə daha bir oyun nəzərdə tutulsa da, rəqib hələlik dəqiqləşməyib.
Yoxlama oyunu
16 yanvar
18:00. "Sabah" (Azərbaycan) - "Tobol" (Qazaxıstan) - 2:2
Qollar: Rəşad Eyyubov, 39 (1:0), Cavid İmamverdiyev, 53 (2:0), Temirlan Amirqazı, 76 (2:1), Dmitri Zaqvostkin, 83 (2:2)
"Sabah"ın U-13 komandası İtaliyaya yollanır
Saatlıda 4 qol vuruldu - Video
"Qarabağ"a qarşı bu dəfə fərqli çıxış etmək istəyirik"
Tonali mərc oyunlarında 50 qayda pozuntusunda ittiham olunur
Liderdən "İrəvan"a 3 cavabsız qol - Video
"Karvan" xal itirdi, "Araz Saatlı"dan darmadağın
Misli Premyer Liqasında 4 oyunun hakimləri bilindi
Dani Alveş ziyafət təşkil etdi
"Bavariya"ya rədd cavabı verdi
"Napoli" Xviça ilə yeni müqavilə imzalayır
"Neftçi"nin sabiq futbolçusu "Molde"də
"Bayer" hazırda dünyanın ən güclü komandasıdır”
"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
"Borussiya" Terziçin qarşısına şərtlər qoydu
26 oyunda 31 qol - Video
"Qarabağ" sabah 11-ci çempionluğu rəsmiləşdirə bilər
"Neftçi"nin legionerinin zədəsi sağaldı
Gürcülər çox döşünə döyməsin, biz də monqollara qalib gəldik
Benzia “Puşkaş” mükafatına layiq görülə bilər - Video
Qrizmann qayıtdı
"Real" üç futbolçusu ilə razılaşdı