"Markez Pikedən 10 dəfə yaxşı idi" - Yaya Ture

"Markez Pikedən 10 dəfə yaxşı idi" -  Yaya Ture
DÜNYA FUTBOLU 15 Yanvar 2019 / 19:30 3596
-  A +

“Barselona”nın sabiq futbolçusu Yaya Ture Kataloniya klubunun keçmiş və hazırkı müdafiəçiləri – Rafael Markezlə Jerar Pikeni müqayisə edib.

Qol.az xəbər verir ki, 36 yaşlı futbolçu Markezin daha etibarlı müdafiəçi olduğunu bildirib: “Markez gördüyüm ən güclü müdafiəçilərdəndir. İnsanlar onu tanımırdı. Ona görə İngiltərə Premyer Liqasında çıxış etmədi. “Youtube”da oyunlarını izləyin. Markez Pikedən 10 dəfə yaxşı idi”.

Qeyd edək ki, 21 il Meksika millisinin şərəfini qorumuş R.Markez 2003-2010-cu illərdə “Barselona”da oynayıb. O, Kataloniya klubu ilə iki dəfə Çempionlar Liqasının qalibi olub.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı