İbrahimoviç Ronaldoya da söz atdı

İbrahimoviç Ronaldoya da söz atdı
DÜNYA FUTBOLU 15 Yanvar 2019 / 18:16 5416
-  A +

“Los Anceles Qelaksi"nin futbolçusu Zlatan İbrahimoviç Portuqaliya millisinin üzvü Kriştiano Ronaldonun "Yuventus"a transferi ilə bağlı verdiyi açıqlamaya münasibət bildirib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, 33 yaşlı hücumçunun Turin klubuna yeni macəra üçün getməsi haqda səsləndirdiyi fikirlə əlaqədar deyib:

"Ronaldo yeni çətinliklər və macəradan bəhs edir. Amma özü A seriyasında mütəmadi olaraq çempionluğa oynayan kluba transfer olur. Bir neçə il öncə niyə 2-ci liqadan bir komandaya getmədi? Bu, meydan oxumaq ola bilməz. 2-ci liqadan bir komandaya gedərək o  klubu çempion etməyə çalışsın. Əsl meydan oxumaq budur".


Son xəbərlər