Bu həftə "Yuventus"a keçir

Bu həftə "Yuventus"a keçir
XƏBƏR 15 Yanvar 2019 / 17:33 2675
-  A +

"Arsenal"ın yarımmüdafiəçisi Aaron Remzinin "Yuventus"a keçidi bu həftə rəsmiləşəcək.

Qol.az-ın İtaliyanın "Tuttosport" nəşrinə istinadən yaydığı xəbərə görə, uelsli futbolçunun cümə günü - yanvarın 18-də Turin klubu ilə müqavilə imzalayacağı bildirilir. Sözləşmənin müddəti 5 ildir. 28 yaşlı oyunçunun yeni klubunda illik qazancı isə 7,5 milyon avro təşkil edəcək.

Məlumatda həmçinin o da qeyd olunub ki, "Yuventus" Remzini qış transfer pəncərəsində heyətinə qatmaq istəyir. Ancaq "Arsenal" bunun üçün qarşı tərəfdən 20 milyon avro tələb edir. İtaliya klubu məbləği aşağı salmağa çalışır.

Qeyd edək ki, Remzinin "Arsenal"la müqaviləsi bu mövsümün sonuna qədərdir.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı