Özünə klub axtaran Braliç "Neftçi"nin əvəzedici komandasında

Özünə klub axtaran Braliç "Neftçi"nin əvəzedici komandasında
XƏBƏR 15 Yanvar 2019 / 17:18 2434
-  A +

Slavko Braliç "Neftçi"nin əvəzedici heyətində məşqlərə başlayıb

Qol.az-ın paytaxt təmsilçisinin rəsmi saytına istinadən yaydığı xəbərə görə, hazırda özünə yeni komanda axtaran xorvatiyalı futbolçu bir neçə klubla danışıqlarını davam etdirir. Bu müddət ərzində formada qalmaq üçün klub rəhbərliyinə müraciət edən 26 yaşlı müdafiəçi "Neftçi-2”nin heyətində təlim-məşq toplanışına qoşulub. Onun gələcək karyerasına yaxın müddətdə aydınlıq gələcək.

Qeyd edək ki, "Neftçi” Braliçlə keçən ilin yayında 1 illik müqavilə bağlamışdı. Futbolçu bu mövsüm "ağ-qaralar"ın heyətində 13 oyunda meydana çıxıb.


Son xəbərlər