De Xea maaşının artırılmasını istəyir

De Xea maaşının artırılmasını istəyir
DÜNYA FUTBOLU 15 Yanvar 2019 / 12:42 2373
-  A +

"Mançester Yunaytedin" qapıçısı David De Xea klub rəhbərliyindən maaşının artırılmasını tələb edib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ispan qolkiper illik maaşının 17.5 milyon avroya yüksəldilməsini istəyir. Hazırda ilinə 11.7 milyon avro alan 28 yaşlı qapıçının "MY" ilə müqaviləsinin müddəti 2020-ci ilin yayında başa çatır.

Qeyd edək ki, De Xea İngiltərə Premyer Liqasının 22-ci turunda"Tottenhem”ə 1:0 hesabı ilə qalib gəldikləri oyunda 11 qurtarış edib ki, bu da ölkə çempionatında mövsümün rekordu sayılır. 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın