Aqollidən "Qarabağ"dan ayrılacağı iddialarına - Reaksiya

Aqollidən "Qarabağ"dan ayrılacağı iddialarına - Reaksiya
ÖLKƏ FUTBOLU 15 Yanvar 2019 / 11:33 2740
-  A +

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli mövsümün sonunda "Qarabağ"dan ayrılacağı və sabiq klubu "Tirana"ya qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın məlumatına görə, albaniyalı futbolçu ölkəsinin "Newsport.al" saytına açıqlamasında yazılanları təkzib edib. 36 yaşlı oyunçu hazırda əsas fikrinin yalnız Ağdam təmsilçisində olduğunu söyləyib:

"Mən "Qarabağ"ın futbolçusuyam. Yayılan xəbərlər həqiqəti əks etdirmir. Ona görə də real bir şey yoxdur. Hazırda "Tirana"ya qayıtmaq yox, yalnız "Qarabağ" haqda düşünürəm".

Qeyd edək ki, Aqolli 2010-cu ildən "Qarabağ"ın formasını geyinir.

Daha çox


Son xəbərlər