Silva "Mançester Siti"nin tarixinə düşdü

Silva "Mançester Siti"nin tarixinə düşdü
DÜNYA FUTBOLU 15 Yanvar 2019 / 01:00 2848
-  A +

“Mançester Siti”nin futbolçusu David Silva klubun tarixinə düşüb.

Qol.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının 22-ci turunda hazırda “Vulverhempton”la keçirilən görüşdə rekorda imza atıb. Start heyətdə meydana daxil olan 33 yaşlı futbolçu  “şəhərlilər”in heyətində 267-ci  Premyer Liqa matçına çıxıb. Bu göstərici klub tarixində ilkdir.

Qeyd edək ki, Silva 2010-cu ildən “MS”-də çıxış edir. O, bu mövsüm 17 oyuna 6 qol vurub, 2 məhusldar ötürmə edib.


Son xəbərlər