Üç klubumuzun oyunu ləğv olundu - Yağışa görə

Üç klubumuzun oyunu ləğv olundu - Yağışa görə
ÖLKƏ FUTBOLU 15 Yanvar 2019 / 15:21 2184
-  A +

Antalyada təlim məşq toplanışında olan "Zirə"nin bu gün Qazaxıstanın "Taraz" klubu ilə nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, buna bölgədə yağan güclü yağış və külək səbəb olub.

Bu gün digər Qazaxıstan klubu “Jetısu” ilə qarşılaşmalı olan "Sumqayıt"ın matçı isə eyni səbəbdən təxirə düşüb. Klubdan verilən məlumatda bildirilib ki, görüş sabah Bakı vaxtı ilə saat 13:00-da keçiriləcək.

Bundan başqa, "Səbail"in bu gün Macarıstanın "Aqvital" klubu ilə keçirməli olduğu qarşılaşma da təxirə salınıb. Oyun sabah olacaq.

Qeyd edək ki, 3 gün öncə "Qarabağ"ın Rumıniya "Botoşani"si ilə yoxlama matçı da yağışa görə ləğv olunmuşdu.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı