Qvardiola transfer bazarındakı çətinlikdən danışdı - "Onlara uduzuruq"

Qvardiola transfer bazarındakı çətinlikdən danışdı - "Onlara uduzuruq"
ÖLKƏ FUTBOLU 14 Yanvar 2019 / 20:30 4245
-  A +

"Mançester Siti"nin baş məşqçisi  Pep Qvardiola transfer bazarının çətinliklərindən danışıb.

Qol.az-ın ESPN-ə istinadən yaydığı xəbərə görə, o, transfer rəqabətində "Real" və "Barselona"ya məğlub olduqlarını deyib:

"Əgər bir oyunçunu almağa tək namizədsinizsə, onda transferi rəsmiləşdimək asandır. Amma eyni vaxtda bir  çox klub maraqlanırsa,  iş çətinləşir. Xüsusilə, əgər "Real" və "Barselona"  rəqabət aparırsınızsa, onda uduzursunuz. Bizim maliyyə vəziyyətimiz Avropada 8,9 və ya 10-cu sıradadır. Biz bir çox məsələlərdə stabil olmağa çalışırıq".

Qeyd edək ki, "Mançester Siti" tarixinin ən bahalı transferi Kevin De Brüynedir. İngiltərə klubu 2015-ci ildə belçikalı yarımmüdaifəçi üçün "Volfsburq"a 75 milyon avro ödəyib.

Daha çox


Son xəbərlər