“Bakı” növbəti transferini reallaşdırdı

“Bakı” növbəti transferini reallaşdırdı
PREMYER LİQA 17 İyun 2010 / 15:15 5118
-  A +

Son ölkə kubokunun sahibi, ölkəmizi Avropa Liqasında təmsil edəcək “Bakı” hazırlıqlarını davam etdirməklə yanaşı, transfer çalışmalarına da xüsusi diqqət yetirməkdədi. Qol.Az-ın məlumatına görə, ilk olaraq “Neftçi”nin müdafiəçisi Emin Cəfərquliyevi sıralarına qatan paytaxt klubu növbəti transferini rəsmiləşdirib. Bu, “Xəzər Lənkəran”la yollarını ayıran Junior Osvaldodu. Cənub təmsilçisiylə müqaviləsinin müddəti başa çatdığı üçün sərbəst qalan braziliyalı orta sahə oyunçusu bundan sonra karyerasını “Bakı”da davam etdirəcək. O, “zolaqlılar”la iki illik müqaviləyə imza atıb.


Son xəbərlər