«Simurq» klubunun baş məşqçisi Roman Pokora Ukraynanın «Komanda» qəzetinə müsahibə verib. Qol.Az saytı müsahibəni təqdim edir.
- Artıq 3 mövsümdü "Simurq"da çalışırsız. Komanda ildən-ilə güclənir. İndi də 11 tur sonra şəriksiz lidersiz...
- Bilirsiz, bizim yüksəlişimiz Ukrayna çempionatında çıxış edən "Krivbass" və ya "Xarkov" klublarının lider olması ilə eyni olardı. Çünki klubumuzun büdcəsi digər komandaların büdcələrindən qat-qat azdı.
- Bəs əldə olunan uğurlara görə nəyə borclusuz?
- İşimə peşəkar yanaşmağıma və əlbəttə ki, klubun rəhbərliyinə. Çünki hazırlığımız üçün bizə əla şərait yaradıblar. Məşqlərimizi Zaqatala Olimipiya kompleksində keçirik. Zaqatalanı landşaftına görə hətta kiçik İsveçrə adlandırırlar. Burda əyləncə olmadığı üçün futbolçuların əsas işi məşqlər olur. Həmçinin komandada yüksək əhval ruhiyyə var. Bunun əsas səbəbkarı komandanın özəyini təşkil edən ukraynalı futbolçulardı. İlk növbədə söhbət əlbəttə ki, veteranlar - qapıçı Taras Çopik və müdafiəçi Mixayil Stratostyakdan gedir.
- Qış çempionu olma şanslarıeı necə dəyərləndirirsiz?
- Qarşıda "Qəbələ" ilə matçımız var. Onların meydançası pis vəziyyətdədi. Biz süni meydanda oynamağa öyrəşmişik. Çünki Azərbaycan klublarının əksəriyyəti süni meydançalara sahibdilər. Sonra isə "Xəzər-Lənkəran"la çətin matçımız var. Cənublular liderlərin siyahısındadı. Hər iki qarşılaşmada xal itirə bilərik. Amma biz əldə olunanla kifayətlənmək niyyətində deyilik.
- Həmvətəniniz Valentin Xodukinin işləri necə hedir?
- Paytaxt təmsilçi yalnız bizdən geridədilər. Bu arada biz ötən mövsüm "İnter"in rəqiblərindən xal alaraq ona yardımçı olmuşuq.
- "Simurq"la müqaviləniz nə zaman sona yetir?
- Mövsümün sonunda müqaviləmin müddəti bitir. Vaxtı uzatmağı mənə təklif ediblər. Amma hələ tələsmirəm. Çünki digər ölkələrdən də cəzbedici təkliflər var.
"Liverpul"da ciddi itki
Mourinyo əsəbiləşdi
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında
"Bakı Sportinq" "Cəbrayıl"a belə qalib gəldi - Video
Birinci Liqada oyunların vaxtı müəyyənləşdi
Liderlərin oyununda qonaqlar qalib gəldi