Avropanın əksər çempionatlarında qış tətili öncəsi son oyunlar keçirilir. Qitənin "top liqalar"ında da bu axşam növbəti tura start veriləcək.
Gecənin oyunu Almaniya bundesliqasında liderlərin görüşü olacaq. Bundesliqanın iki "Borussiya"sı - Dortmund və Münhenqladbax təmsilçiləri birincilərin meydanında üz-üzə gələcək. Dortmundlular ötən tur sensasion şəkildə autsayder "Fortuna"ya uduzaraq mövsümdə ilk məğlubiyyətini aldı. Buna baxmayaraq "sarı-qaralar" turnir cədvəlində şəriksiz liderliyini davam etdirir. Münhenqladbax "Borussiya"sı adaşından 6 xal geri qalmaqla 2-ci sırada qərarlaşıb. Bu axşam qazanılan qələbə onları liderə bir qədər də yaxınlaşdıracaq. Amma Dortmund klubunun ardıcıl 2 tur uduzması da inandırıcı görünmür. Üstəlik onların münhenqladbaxlılar qarşısında aşkar statistik üstünlüyü var: aralarındakı 49 duelin 26-sını məhz dortmundlular qazanıb, yalnız 11 görüşdə rəqib üstün olub. 2015-ci ildən bu yana keçirilən 6 görüşün hamısını isə istisnasız olaraq "Borussiya Dortmund" qalib gəlib. İki "Borussiya"nın duelinə, liderlərin görüşünə Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz" xüsusi status verib.
Proqnozsevərlər qarşılaşmaya həm canlı, həm də "təkli" mərc edə bilər. Əmsallar: "Borussiya Dortmund"un qələbəsi 1.45, heç-heçə 4.00, "Borussiya Münhenqladbax"ın qələbəsi 4.65.
Dortmunddakı matç "Topaz" bu gün "təkli oyun" statusu verdiyi 4 görüşdən biridir. Digər "təkli oyunlar"dan "Vulverhempton" -"Liverpul" dueli də maraq doğurur. Premyer liqada bu mövsüm uduzmayan yeganə komanda olan "Liverpul" 2 həftədir liderlik kürsüsünü ələ keçirib. Amma ani bir büdrəmə "qırmızılar"a baha başa gələ bilər. 1 xal az toplamaqla 2-ci sırada qərarlaşan "Mançester Siti" "pusqudadır". Bu axşam "Liverpul" Vulverhempton səfərində xal itirərsə, sabah "Siti" "Kristal Pelas"a qalib gəlməklə yenidən zirvəyə yüksələ bilər. Son 3 turda ardıcıl qələbə qazanan "Vulverhemton" da inadkar rəqib kimi tanınır. "Liverpul" bu şəhərə son 2 səfərində 3 cavabsız qolla qalib gəlsə də, "canavarlar" ləqəbini daşıyan "Vulver"in bu dəfə "dişlərini bərk qıcıyacağını" gözləmək olar. "Topaz"ın bu maraqlı qarşılaşma üçün təklif etdiyi əmsallar belədir: "Vulverhempton"un qələbəsi 5.55, heç-heçə 3.75, "Liverpul"un qələbəsi 1.55.
Ümumilikdə "Topaz" bu gün müştərilərinə mərc etmək üçün 66 oyun təklif edir. Onlardan 44-ü canlı mərcə çıxarılacaq. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz.
"Latsio"da yeni baş məşqçi
"Bakı Sportinq" - "Lerik" oyunundakı 5 qol - Video
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Tanınmış klubun 4 xalı silinir
"Şahdağ Qusar"ın qələbəsi - Video
Futboldan ömürlük uzaqlaşdırıldılar - AFFA-dan sərt qərar
Yassin Benzia 5 il yarımdan sonra milliyə çağırıldı
"Şahdağ Qusar" və "Bakı Sportinq"dən qələbə
"Neftçi" - "Spartak" matçının biletləri satışda
"Juninyonu "Qarabağ"da saxlamaqda çətinlik çəkəcəyik"
Azərbaycan millisinin oyunlarına hakim təyinatları açıqlandı
Lunyov Rusiya yığmasının düşərgəsinə qoşuldu
"Frayburq"da Ştrayx dövrü başa çatır
Ançelotti Arda Güleri təriflədi
İnfantino Türkiyə Superliqasındakı qalmaqaldan danışdı
"Neftçi" - "Spartak" oyununun saatı açıqlandı
"Turan Tovuz" - "Qarabağ" matçını nə qədər azarkeş izləyib?
Kovaçı Hasenhyüttl əvəzlədi
“Qarabağ”dan 21-ci əsrin rekordu
"Traktor" növbəti qələbə ilə 3-cü pilləyə yüksəldi
Coşqun oynadı, "Ümraniyespor" qələbə qazandı
"Bayer" seriyanı davam etdirdi, yeni rekorda imza atdı
"Mançester Yunayted” “Liverpul”u kubokdan kənarlaşdırdı
Rahilin komandasından heç-heçə
Musanın komandası finala yüksəldi