"Sumqayıt"ın müdafiəçisi Arif Daşdəmirov Qol.az-a müsahibə verib. Təcrübəli futbolçu həm dünən ölkə kubokunda "Neftçi"ni mübarizədən kənarlaşdırıb, mərhələ adlamalarından, həm də qırmızı vərəqə gördüyü epizoddan danışıb.
- Ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçında dünən "Neftçi"yə 0:1 hesabı ilə uduzsanız da, ilk oyundakı qələbə (2:0) sayəsində yarımfinala adladınız. Əvvəlcə dünənki matçla bağlı fikirlərini bilmək maraqlı olardı...
- Əsas odur ki, layiqli nəticə qazandıq və növbəti mərhələyə adladıq. Bütün komandaya afərin, hamı meydanda öz bacarığının 100 faizini ortaya qoydu. Bu münasibətlə azarkeşlərimizi təbrik edirəm. Dünən onların dəstəyini xüsusilə hiss etdik.
- Matçın sonlarında qırmızı vərəqə görərək, meydanı tərk etdin. Həmin vaxt nə baş verdi?
- Hesab edirəm ki, hakim sarı vərəqəni mənə səhv göstərdi. Çünki mən orada heç nə etmədim: heç kimi itələmədim, vurmadım. Düzdür, həmin vaxt gərginlik var idi, ona görə də yaxınlaşdım, söhbət etdim. Rəqib futbolçular Xəyala təzyiq göstərirdilər. Komanda yoldaşıma dəstək məqsədilə ora getdim. Adi danışıq oldu, bu qədər. Qoy, oyunun videoyazısına baxsınlar. Mənim əlim arxada idi. Yenə deyirəm, heç kimi vurmamışam. Sadəcə, danışmaq üçün rəqib futbolçulara yaxınlaşdım. Artıq bir dəfə rəsmi xəbərdarlıq edilmişdi. Ona görə də ikinci sarı vərəqəni göstərmək lazım deyildi. Hakim mənə yaxınlaşanda dedim ki, vərəqəni səhv göstərirsən. Həmin vaxt yan xətt hakimi də ona məni işarə etmişdi. Ona görə cəzalandırdı. Ümid edirəm ki, ikinci sarını ləğv edəcəklər. Görək, necə olur.
- "Neftçi"nin baş məşqçisi Roberto Bordin oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın futbolçularını vaxtı uzatmaqda günahlandırıb. İtaliyalı mütəxəssisin fikirləri haqda nə deyə bilərsən?
- Hər kəsin olduğu kimi, Bordinin də öz fikri var. Hər birinə hörmət etmək lazımdır. Baş məşqçidir, yəqin, ona elə görünüb ki, biz vaxt aparırıq. "Neftçi"ni məğlub edib, yarımfinala çıxmaq üçün hər şeyi etdik. Amma deməzdim ki, vaxt aparırdıq. Çünki bir neçə epizodda futbolçularımıza qarşı kobudluq oldu. Xüsusilə də oyunun sonlarında qapıçımızın sinəsinə zərbə dəydi, amma qayda pozuntusu qeydə alınmadı. Həmin vaxt meydanda uzandı. Hər şey bizim xeyirimizə qurtardı. Ona görə də digər şeyləri unutmaq lazımdır. Qarşıda qış toplanışı olacaq. Yaxşıca dincəlib, mikrozədələrimizi sağaltmalıyıq. Necə deyərlər, döyüşə hazır olmaq lazımdır.
- Yarımfinaldakı rəqibiniz "Zirə" olacaq. Bu komanda barədə nə düşünürsən?
- "Zirə" çox çətin rəqib, eyni zamanda yaxşı komandadır. Ona görə də ağır oyun olacaq. Hər iki komandanın finala çıxmaq üçün şansı var. Düşünürəm ki, kim daha hazırlıqlı olsa və qol imkanlarından layiqincə yararlansa, yoluna da o davam edəcək. "Zirə" hücum etməkdən çəkinməyən komandadır. Bizi maraqlı oyun gözləyir.
- Topaz Premyer Liqada "Zirə"ylə son oyununuzda 1:3 hesabı ilə uduzmuşdunuz...
- Hə, amma bu, bizi narahat etmir. Çünki bu mövsüm ilk oyunda biz onları məğlub etmişdik. Futboldur, udmaq da olar, uduzmaq da. Heç kim bundan sığortalanmayıb. Qarşıda bizi çox oyun gözləyir. Kim daha hazır olsa, onun qalib gəlmək şansları daha çox olacaq.
- 2 il "Qarabağ"da oynadıqdan sonra "Sumqayıt"a keçdin. Ümumiyyətlə, özünü bu komandada necə hiss edirsən?
- Özümü yaxşı hiss edirəm. "Qarabağ"dakı son ilimdə çox az oynayırdım. Futbol üçün darıxmışdım. İndi vəziyyət daha yaxşıdır. Necə deyərlər, özümə gəlirəm. Uzun müddət oynamayanda daim meydana çıxmaq istəyirsən. Oyun təcrübəsini itirirsən, sonra hər şeyə yenidən başlayırsan. "Sumqayıt"da hər şey yaxşıdır. Yolumuza davam edirik. Qarşıda toplanış olacaq. Çempionata yaxşı hazırlaşmaq lazımdır. Hər şey özümüzdən asılıdır.
Elnur SALAHOV
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video
Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib
"Dinamo" - "Qusar" matçında 4 qol - Video
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın