"Sonuncu yerə layiq deyilik" - Samir Abasov

"Sonuncu yerə layiq deyilik" -  Samir Abasov
ÖLKƏ FUTBOLU 19 Dekabr 2018 / 18:40 2148
-  A +

"Qış fasiləsinə yaxşı motivasiya ilə çıxmaq istəyirdik. Buna görə də qələbə bizim üçün çox vacib idi. Ancaq çempionatı arxa plana keçirmirik. Bugünkü oyunumuz o qədər də pis deyil. Sonuncu yerə layiq olmayan komandayıq. İnanıram ki, bu, qışdan sonra oyunumuzla təsdiqini tapacaq. Bu gün bizdə çemodan əhval-ruhiyyəsi yox idi".

Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/4 final mərhələsində "Səbail"ə səfərdə 3:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəldikləri matçdan sonra mətbuat konfransında deyib.

- Qışda kimlər gedəcək?

- Bu gün elə bir futbolçu yoxdur. Hələ o fikirdə də deyilik. Kimlər gələcək deyə bir sual var. Bir-iki nəfər oyunçu götürməyə çalışacağıq. Hökmən iki futbolçu lazımdır. Olmasa, bu heyətlə yola davam edəcəyik. Çətinliklər olsa da, istədiyimiz oyunçunu almağa çalışacağıq.

- Qollarınızın hər 3-nü künc zərbəsindən vurdunuz. Bunun üzərində xüsusi işləmişdiniz?

- İlk oyundan nəyisə planlaşdırmaq çətin bir şey idi. Açığı, heç bir şey etməmişdik. Əsas fikrimiz futbolçuları çemodan əhval-ruhiyyəsindən uzaq etmək idi.

- Yarımfinalda kimi rəqib görmək istərdiniz?

- Yaxşı sualdır. Nə deyim ki, kiminsə xətrinə dəyməyim?

- Yaxşı, sualı belə qoyaq. "Neftçi"nin sensasiya edəcəyinə inanırsınız? "Ağ-qaralar"ın böyükhesablı qələbəsini real sayırsınız?

- "Neftçi" də qalib gələ bilər. Ancaq "Sumqayıt"ın bu komandanı üstələcəyi mənim üçün sensasiya deyil.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı