U-19 millimiz 8 qolla qalib gəldi

U-19 millimiz 8 qolla qalib gəldi
XƏBƏR 19 Dekabr 2018 / 15:55 2951
-  A +

Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışı çərçivəsində son oyununu keçirib.

Qol.az-ın məlumatına görə, Region Liqasında çıxış edən “Tufan”la qarşılaşma U-19-un 8:0 hesablı qələbəsi ilə başa çatıb.

Yığmanın heyətində Musa Qurbanlı het-trik edib. Vəli Məmmədovla Tural Bayramlının hərəyə 2 qol vurduğu oyunda Rüfət Abdullazadə də fərqlənib. Yığma bununla da təlim-məşq toplanışını başa vurub.


Son xəbərlər