İnzaqi ilə Qattuzo rəqib kimi, "Ştutqart"ın 13 illik "tilsimi" - "Topaz"

İnzaqi ilə Qattuzo rəqib kimi, "Ştutqart"ın 13 illik "tilsimi" -  "Topaz"
ETOPAZ 18 Dekabr 2018 / 12:00 2001
-  A +

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz" bu gün öz müştərilərinə 49 qarşılaşma təklif edir.

Onlardan 24-nə canlı, 9-na isə həm canlı, həm də "təkli" mərc etmək olar. Proqramda yer alan matçların əksəriyyəti kubok görüşləridir. Yalnız Almaniyada bundesliqanın növbəti turuna start veriləcək. Fransa və İtaliya çempionatlarında isə bir oyun keçiriləcək. İtaliya A seriyasının 16-cı turunun son matçında "Milan" səfərdə "Bolonya"nın qonağı olacaq. Keçmiş komanda yoldaşları - Filippo İnzagi ilə Cennaro Qattuzo bu oyunda rəqib baş məşqçi kimi üz-üzə gələcək. 15 oyundan cəmi 11 xal yığan İnzaginin "Bolonya"sı 18-ci yerdə qərarlaşıb. Qattuzonun "Milan"ı isə 4-cü yerdədir. 8 oyundur A seriyasında qələbə üzünə həsrət qalan bolonyalılar bu axşam qalib gələcəyi halda 1 pillə irəliləyə bilər. Amma statistika "Milan"ın xeyrinədir. "Rossonyerlər" "Bolonya" ilə son 5 qarşılaşmanın  hamısında qalib gəlib. Saat 23:30-da başlnacaq matça "Topaz"da bu əmsallarla mərc edə bilərsiz: "Bolonya"nın qələbəsi  3.95, heç-heçə 3.20, "Milan"ın qələbəsi 1.90.

Almaniya bundesliqasında bu axşam keçiriləcək 4 matçın hamısı maraqlıdır, xüsusən də "Volfsburq"-"Ştutqart"  görüşü. Ardıcıl 4 turdur uduzmayan "Volfsburq" artıq turnir cədvəlində 8-ci yerə yüksəlib. "Ştutqart" isə autsayderlər qrupunda - 14-cü yerdədir. "Ştutqart" sonuncu dəfə "Volfsburq"a bundesliqa çərçivəsində  səfərdə 13 il əvvəl qalib gəlib. Görək, "tilsimi" bu dəfə qırmaq olacaqmı? "Topaz"da bu qarşılaşmaya canlı və "təkli" mərc etmək olar. Əmsallar: "Volfsburq"un qələbəsi 1.60, heç-heçə 3.35, "Ştutqart"ın qələbəsi 4.50.

Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz.
 


 


Son xəbərlər